Həkimdən HƏYƏCAN TƏBİLİ: Bağırsaq xərçəngi gəncləşir
Azərbaycanda bağırsaq xərçəngi ilə mübarizədə ən böyük problem təkcə gec diaqnoz deyil. Bunun arxasında maarifləndirmənin kifayət qədər olmaması, insanların ilk simptomları ciddiyə almaması, həkimə gec müraciət etməsi və sosial məsuliyyətin aşağı olması dayanır.
Son illər dünyada həkimləri və alimləri narahat edən tendensiyalardan biri bağırsaq (kolorektal) xərçənginin getdikcə daha gənc yaşlarda aşkarlanmasıdır. Əgər əvvəllər bu, əsasən 50 yaşdan yuxarı insanların xəstəliyi hesab olunurdusa, indi 20-40 yaş arası şəxslərdə bağırsaq xərçəngi diaqnozuna daha tez-tez rast gəlinir.
Augusta Universitetinin tədqiqatçılarının hazırladığı hesabatda da qeyd edilir ki, bağırsaq xərçəngi artıq yaşlı nəslin xəstəliyi olmaqdan çıxıb. Dünyada 50 yaşdan aşağı insanlarda bu diaqnozun qoyulma tezliyi kəskin şəkildə artır və bu, qlobal səhiyyə sistemlərindən erkən skrininq proqramlarını yeniləməyi tələb edir.
Bəs Azərbaycanda vəziyyət necədir? Bağırsaq xərçəngi ölkəmizdə də gəncləşirmi? Risk qrupuna kimlər daxildir və xəstəliyin erkən aşkarlanması üçün nələrə diqqət yetirmək lazımdır?
Oxu.Az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:
“Xəstəliyin yayılma göstəricilərində artım müşahidə olunur”
“Liv Bona Dea” xəstəxanasının Onkologiya şöbəsinin müdiri, tibbi onkologiya uzmanı Altay Əliyev bildirdi ki, dünya üzrə statistik göstəricilərdə kolorektal xərçəng görülmə tezliyinə görə üçüncü, xərçənglə bağlı ölüm hallarına görə isə ikinci yerdədir. Azərbaycanda son statistik məlumatlara əsasən, bu xəstəlik bütün xərçəng növləri arasında görülmə tezliyinə görə dördüncü, ölüm səbəbi kimi isə üçüncü yerdə qərarlaşıb: “Ən çox hallara 50 yaşdan yuxarı yaş qrupunda rast gəlinsə də, son illərdə həm dünyada, həm də Azərbaycanda xəstəliyin yayılma göstəricilərində artım müşahidə olunur. Gənc yaşda aşkarlanan kolon xərçəngi hallarının ümumi kolon xərçəngi xəstələri arasında payı təxminən 10 faiz təşkil edir. Daha detallı statistik göstəricilərə əsasən, 1992-2005-ci illər arasında kolorektal xərçəngin görülmə tezliyi 100 000 gənc əhali üzrə artım göstərib. Bu artım kişilərdə 1.5 faiz, qadınlarda isə 1.6 faiz təşkil edib. Gənc yaş qrupunda bu xəstəlik kişilər arasında daha çox müşahidə olunur”.
Onkoloqun sözlərinə görə, bioloji və klinik xüsusiyyətlər baxımından gənc xəstələrdə kolon xərçəngi daha aqressiv gedişli ola bilir və bəzi hallarda müalicəyə daha az həssaslıq göstərir.
Bağıraq xərçənginin gəncləşmə səbəbi nədir?
Xəstəliyin gəncləşmə səbəblərinə gəldikdə isə həkim bildirir ki, qidalanma vərdişlərindəki dəyişikliklər mühüm rol oynayır: “Süni və yarıemal olunmuş fabrikat qidaların istifadəsinin artması, süd və lif tərkibli məhsulların istehlakının azalması risk faktorlarının yüksəlməsinə səbəb kimi göstərilir. Genetik və bioloji mexanizmlər baxımından isə gənc xəstələrdə bəzi irsi sindromların, o cümlədən “Lynch” sindromunun daha çox rast gəlinməsi diqqət çəkir. Eyni zamanda, son illərdə gənclər arasında artıq çəki və şəkərli diabet halları da bağırsaq mikrobiotasına təsir edərək xəstəliyin yaranmasına zəmin yaradan amillər sırasında göstərilir”.
Ən həyat qurtarıcı yanaşma
Həkim vurğulayır ki, əlamətlər ortaya çıxdıqdan sonra müraciət edən xəstələrdə çox vaxt artıq irəliləmiş mərhələdə xəstəlik diaqnozu qoyulur. Buna görə risk qruplarının müəyyənləşdirilməsi və əlamət olmadan skrininq müayinələrinin aparılması tövsiyə edilir: “Bu müayinələrə kolonoskopiya və nəcisdə gizli qanın yoxlanılması daxildir. Ən həyat qurtarıcı yanaşma isə xəstəlik əlamət vermədən diaqnozun qoyulması və ya xərçəngönü proses sayılan poliplərin vaxtında aşkar edilərək götürülməsidir. Nəcisdə qan, səbəbsiz çəki itkisi və bağırsaq funksiyasında, o cümlədən defekasiya vərdişlərində pozulmalar xəbərdaredici əlamətlər kimi qiymətləndirilməlidir. Erkən diaqnoz üçün nəcisdə gizli qan analizi və kolonoskopiya tövsiyə edilir. Kolon xərçəngi skrininqi məqsədilə artıq bir çox ölkədə 45 yaşdan etibarən kolonoskopiya məsləhət görülür. Kolonoskopiyanın əhəmiyyəti təkcə erkən diaqnozla məhdudlaşmır. Bu müayinə bağırsaqda aşkarlanan poliplərin çıxarılmasına imkan verir və gələcəkdə xərçəngin yaranmasının qarşısını almaqda mühüm rol oynayır”.
“Qəhrəmanlıq” və ya “sağlamlıq göstəricisi”
Onkoloq bağırsaq xərçəngi ilə bağlı cəmiyyətdə yayılmış yanlış təsəvvürlər haqqında da məlumat verdi: “Ən geniş yayılmış yanlış təsəvvür onun yalnız yaşlı insanların xəstəliyi olması fikridir. Digər təhlükəli yanaşma isə heç bir şikayət yoxdursa, narahat olmağa ehtiyac olmadığı düşüncəsidir. Halbuki erkən mərhələdə kolorektal xərçəng çox vaxt heç bir simptom vermir və yalnız skrininq müayinələri vasitəsilə aşkarlana bilər. Ümumiyyətlə, ən təhlükəli və tez-tez rast gəlinən yanlış düşüncələrdən biri uzun müddət həkimə müraciət etməməyin “qəhrəmanlıq” və ya “sağlamlıq göstəricisi” kimi qəbul edilməsidir.”
Həkimin sözlərinə görə, Azərbaycanda bağırsaq xərçəngi ilə mübarizədə ən böyük problem təkcə gec diaqnoz deyil. Bunun arxasında maarifləndirmənin kifayət qədər olmaması, insanların ilk simptomları ciddiyə almaması, həkimə gec müraciət etməsi və sosial məsuliyyətin aşağı olması dayanır: “Bir çox xəstələr nəcisdə qan, bağırsaq vərdişlərində dəyişiklik, səbəbsiz çəki itkisi və ya uzunmüddətli qarın ağrılarını hemorroy, sadə həzm problemi kimi qiymətləndirərək aylarla həkimə müraciəti gecikdirirlər. Skrininq mədəniyyətinin formalaşdırılması da mühüm əhəmiyyət daşıyır. Kolorektal xərçəng azsaylı xərçəng növlərindən biridir ki, skrininq vasitəsilə təkcə erkən aşkarlanması deyil, həm də xərçəngə çevrilməzdən əvvəl poliplərin aşkar edilərək çıxarılması ilə qarşısını almaq mümkündür. Buna görə də ictimai maarifləndirmənin gücləndirilməsi, risk qruplarının vaxtında müayinələrə cəlb edilməsi və erkən diaqnostika proqramlarının genişləndirilməsi xəstəlikdən ölüm hallarının əhəmiyyətli dərəcədə azalmasına töhfə verə bilər”.
“Erkən diaqnoz həyat xilas edir”
Həkim əlavə edir ki, ən güclü müdafiə vasitəsi erkən diaqnozdur: “Klassik prinsip dəyişmir: erkən diaqnoz həyat xilas edir və bir çox hallarda xəstəliyin tam müalicəsinə imkan yaradır. Simptomları görməzdən gəlmək olmaz, çünki gecikdirilən hər ay müalicə şansına mənfi təsir göstərə bilər”.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xərçəng əlaməti ola biləcək 3 simptom – Tez-tez nəzərdən qaçırılır
Dünya miqyasında xərçəng hallarının sayının artması bir daha erkən diaqnozun və bədənin incə xəbərdarlıq əlamətlərinin düzgün şərh edilməsinin vacibliyini vurğulayır. Məşhur inancın əksinə olaraq, xərçəng növləri həmişə ağır simptomlarla qəfildən ortaya çıxmır. Alimlər vurğulayırlar ki, bədəndə həftələrl
2 avqust

İnsan fizioloji olaraq maksimum neçə il yaşaya bilər?
İnsanlıq tarixində ən uzun ömür sürdüyü sənədləşdirilən şəxs 122 il 164 gün yaşayıb. Bəs qocalma prosesləri tamamilə dayandırılsa və hüceyrə səviyyəsində geri dönməz zədələr aradan qaldırılsa, insan orqanizminin maksimum ömrü neçə il ola bilərdi?. Qaynarinfo xəbər verir ki, alimlər orqanların nəzər
4 avqust

Ürək-damar xəstəliklərinin hansı siqnalları var? – VİDEO
Baku TV-nin “Baku Med” verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri barədə müzakirə aparılıb. Ürək-damar xəstəliklərinin əsas risk faktorları hansılardır? Yüksək təzyiq ürək sağlamlığı üçün niyə təhlükəlidir? Xolesterinin yüksək olması damarlara necə təsir edir? Siqaret və elektro
15 avqust

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?
Arterial təzyiqin düzgün ölçülməsi bir sıra vacib qaydalara əməl etməyi tələb edir. Bu proses sadəcə manjeti qola bağlayıb təzyiq ölçən aparatın düyməsini basmaqdan ibarət deyil. Qolun vəziyyəti niyə vacibdir?. xəbər verir ki, təzyiqin dəqiq ölçülməsində əsas amillərdən biri qolun düzgün vəziyyətdə saxlanılmasıdır
16 avqust

Bir qaşıqla mədə yanmasını unudun- Bağırsaq sağlamlığı üçün sous resepti
Adi tərəvəz sousu bir sadə inqrediyent – kətan toxumu əlavə etməklə həm daha dadlı, həm də bir qədər faydalı ola bilər. Kətan toxumu həzm sisteminə müsbət təsir göstərir, yeməklərə lif, bitki mənşəli omeqa-3 yağ turşuları və liqnanlar əlavə edir. Bizim.Media xəbər verir ki, bu resept üzrə hazırlana
23 avqust

50 yaşdan yuxarı insanlar səhər yeməyində nə yeməlidir?
Oyandıqdan sonrakı ilk saatlarda səhər yeməyi yemək qanda şəkərin səviyyəsinə nəzarət, əzələ kütləsinin qorunması və maddələr mübadiləsinin normal fəaliyyəti üçün faydalıdır. Lakin 50 yaşdan sonra qadınların hormonları “balanslaşdırmaq” üçün mütləq oyandıqdan sonra bir saat ərzində yemək yeməl
13 avqust

Süzmə, yoxsa pətək balı? – Bunu alın
Bal alarkən bir çox insan süzmə və pətək balı arasında seçim etməkdə çətinlik çəkir. Görünüşləri fərqli olsa da, onların əsas qida dəyəri bir-birinə yaxındır. Pətək balı arıların hazırladığı mum hüceyrələrində saxlanılır və pətəkdən ayrılmadan satışa çıxarılır. Süzmə bal isə həmin pətəklərdən santrifü
22 avqust

Xərçəngə qarşı fərdiləşdirilmiş vaksinlərdə mühüm irəliləyiş
“Moderna” və “Merck” tərəfindən hazırlanan fərdiləşdirilmiş mRNA xərçəng vaksini yüksək riskli melanoma xəstələri üzərində aparılan son mərhələ klinik sınaqda müsbət nəticə göstərib. xəbər verir ki, vaksin “Merck”in Keytruda immunoterapiyası ilə birlikdə istifadə olunu
23 avqust

Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Burun qanaması əksər hallarda quru hava, soyuqdəymə, allergiya və ya burunun güclü təmizlənməsi nəticəsində yaranır və təhlükəli olmur. Lakin qanama tez-tez təkrarlanır, çox olursa və ya çətin dayanırsa, mütləq həkim müayinəsi tövsiyə edilir. Bu hal yüksək qan təzyiqi, bəzi dərmanların təsiri və ya damarları
16 avqust
Mənbə: Sonxeber.az